Mehriban Əliyeva ilin ?First Lady?si seçildi

img

27-04-2012 [05:06]


34 kateqoriyada, 102 namizədin yarışdığı anket fevralın 7-də ?Ekovitrin? jurnalında və www.ekovitrin.com xəbər saytında başlayıb və 2 ay davam edib. İlin starlarının münsiflər heyəti hər kateqoriya üçün 3 namizəd müəyyənləşdirib və həmin namizədlər jurnalda və saytda yayımlanan anketdə xalqın səsverməsinə verilib. Anketdə cəmi 251 min 562 səs qeydə alınıb. Jurnalın ?Şərəf? ordeni kateqoriyası isə bu il üç şəxsə verilib. İlin ?First Lady?si adına Azərbaycanın birinci xanımı Mehriban Əliyeva layiq görülüb. Bu mükafata layiq görülən digər şəxslər isə beynəlxalq diplomatiya kateqoriyasında professoru Ekmeleddin İhsanoğlu və Londonun bələdiyyə sədri türk əsilli Boris Conson olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA