?VƏTƏNi TANI? artıq final mərhələsinə doğru davam edir

img

26-04-2012 [04:58]


Azərbacyan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası artıq final mərhələsinə doğru davam edir. Artıq demək olar ki, regionların hamısında seçim turları yekunlaşmaq üzrədir. Kampaniyanı həyata keçirən işçi qrupu Bakı şəhəri üzrə ayrı-ayrı rayonlarda seçim turlarını başlayıb. Növbəti seçim turu Bakını Xəzər rayonunda keçirilib. Rayonun 237 saylı orta məktəbdə baş tutan yarışma gənclərin marağına səbəb olub. Milli Şuranın ?Sosial və humanitar məsələlər üzrə departamenti?nin sədri, işçi qrupunun rəhbəri Əligül Ağayev gəncləri kampaniyanın məqsədi barədə gəncləri məlumatlandırıb. Rayon məktəblərindən olan 150 gənc ?Vətəni tanı? kampaniyasının iştirakçısı olub. Tədbirin açılış mərasimində çıxış edən 237 saylı orta məktəbin direktoru Tərənə Qurbanova və rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Rəşad Qəndəliyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Gənclər arasında kiçik sorğu keçirən işçi qrupunun üzvləri öyrəniblər ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu genişmiqyaslı kampaniya gənclər tərəfindən dəstəklənir. Xəzər rayonunda da 2 gənc Respublika turuna vəsiqə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA