Sumqayıtda kütləvi zəhərlənmə, ölən var

img

26-04-2012 [01:26]


Sumqayıtda kütləvi zəhərlənmə baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən gün "Poladkonstruksiya Quraşdırma" ASC-nin ərazisində, Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində qeydə alınıb. Çengiz Tisin özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərləniblər. Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölüb, Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır, digərləri isə tibbi yardım göstərildikdən sonra buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA