Həbsdəki sabiq nazir Əli insanovdan yeni xəbər

img

26-04-2012 [10:59]


2005-ci ilin parlament seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılan, amma iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilmiş sabiq səhiyyə naziri Əli İnsanovla ailə üzvləri bu günlərdə görüşüblər. Sabiq nazirin yaxınlarından Müstəqil İnformasiya Agentliyinə daxil olan xəbərə görə, Əli İnsanovun səhhəti çox yaxşıdır: ?Əli İnsanov özünü çox yaxşı, gümrah hiss edir. Səhhətində hər hansı bir problem yoxdur. O, Avropa İnsan Haqları Məhkəməsinin qərarını səbirsizliklə gözləyir. Eyni zamanda, həbsxanadakı hüquqlarını məhdudlaşdıran Ədliyyə Nazirliyi və onun müvafiq xidmət rəhbərliyinə qarşı hüquqi yolla mübarizəsini də davam etdirir?. Sabiq nazirin barəsində əfv ərizəsi yazıb-yazmadığı barədə yayılan xəbərlərə gəlincə, adının çəkilməsini istəməyən yaxını ?O, özünü tam günahsız sayır və bu üzdən də belə bir ərizə yazmaq niyyəti yoxdur?, - deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA