Sabahın hava proqnozu açıqlanıb

img

25-04-2012 [11:38]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən verilən məlumata görə, aprelin 26-27-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA