Allahzükür Pazazadə ABŞ-a gedir

img

24-04-2012 [03:24]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın verdiyi məlumata görə, səfər ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin bərqərar olmasının 20-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində həyata keçirilir. QMİ sədri A. Paşazadə 25-26 aprel tarixlərində Vaşinqtonda keçiriləcək "Amerika-Azərbaycan əlaqələri: gələcəyə baxış" mövzusunda konfransda iştirak edəcək. İki ölkə arasında iqtisadi, enerci və humanitar sahələrdə əməkdaşlıq mövzularının müzakirə olunacağı konfransda mədəni əlaqələr və tolerantlığın möhkəmləndirilməsinə dair məsələlər gündəmdə olacaq. Konfransda iştirak edəcək nümayəndə heyətinə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşeyin, Bakıdakı katolik icmasının başçısı Vladimir Fekete, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı M. Yevdayev daxildirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA