Orta məktəblərdə buraxılız imtahanlarının keçirilmə qaydalarında dəyiziklik ediləcək

img

23-04-2012 [01:35]


Azərbaycanda 2011/2012-ci tədris ili üçün ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkə Prezidentinin fərmanı ilə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi TQDK-ya həvalə edilib. TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçiriləcək. İmtahanlar 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA