Azərbaycan əhalisinin sayı 9 milyon 264 min nəfəri keçib

img

22-04-2012 [02:02]


Bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 29.1 min nəfər və ya 0.3% artaraq 9 milyon 264.2 min nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əhalinin 49.6%-ni kişilər, 50.4%-ni isə qadınlar təşkil edir. 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır?. Hazırda hər 1 000 nəfər kişiyə 1 015 nəfər qadın düşür. Cari ilin ilk 3 ayı ərzində Azərbaycanda 43.1 min körpə doğulub. Doğulanların 53.8%-i oğlanlar, 46.2%-i isə qızlar olub. Hesabat dövründə ölkədə 14.4 min ölüm halı qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA