DiN-də geniz kollegiya iclası keçirilib

img

20-04-2012 [09:27]


Aprelin 20-də Daxili İşlər Nazirliyində (DİN) ?2008-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlığının İnkişaf Konsepsiyasının həyata keçirilməsinə dair Proqram?ın icrasının, ?Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər?in və ?Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə?nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov birinci rübdə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını bildirib, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılmasının bir qədər də yaxşılaşdığını, şəxsiyyət əleyhinə olan cinayətlərin sayı isə təxminən 5 faiz azaldığını deyib. R. Usubov insanların hüquq və azadlıqlarının, həyat və sağlamlığının, milli genefondun qorunmasında, eləcə də ağır cinayətlərin və əməliyyat şəraitinə neqativ təsirin qarşısının alınmasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ixtisaslı mübarizənin əhəmiyyətini qeyd edib, son illər bu sahədə işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb. Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərli çıxış edib. O deyib ki, ötən müddət ərzində 40-a yaxın dövlətin aidiyyəti qurumları ilə 53-ü ikitərəfli, 29-u çoxtərəfli olmaqla hökumətlərarası və idarələrarası saziş, memorandum və protokollar imzalanıb. Həmin beynəlxalq hüquqi sənədlərin predmetini transmilli cinayətkarlığın müxtəlif növləri, narkotik vasitələrin, psixotrop maddələrin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qeyri-leqal miqrasiya, mədəni sərvətlərin qaçaqmalçılığı və digər cinayətlər ilə mübarizədə qarşılıqlı fəaliyyət əsasında məlumat və təcrübə mübadiləsi, birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, təlim və təhsil sahəsində əməkdaşlıq məsələləri təşkil edir. Dövlət başçısının 12 iyun 2006-cı il tarixdə imzaladığı müvafiq fərmana uyğun olaraq, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstandakı səfirliklərində, eləcə də Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzində Azərbaycan DİN-in nümayəndələrinin fəaliyyətə başlaması sözügedən istiqamətdə xidməti vəzifələrin həllində operativliyin daha da artması ilə səciyyəvi olub. Qarşıda duran məqsədlərə nail olunmasında ikitərəfli əməkdaşlıq çərçivəsində yaradılmış müştərək komissiya və işçi qrupların da mühüm rolu qeyd edilib. Xarici ölkələrdən olan həmkarlarla yaradılmış faydalı peşəkar əlaqələr sayəsində çoxsaylı razılaşdırılmış əməliyyat-axtarış tədbirləri və xüsusi əməliyyatlar keçirilib, onlarla təhlükəli cinayətkar dəstə zərəsizləşdirilib, beynəlxalq axtarışa elan olunmuş yüzlərlə təqsirləndirilən şəxsin yeri müəyyən olunub. İclasa R.Usubov yekun vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA