Baz Prokurorluq ?Azərpoçt?da həbslərə bazlayır; MMC-də yeyintilər olub

img

20-04-2012 [12:11]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan ?Azərpoçt? Məhdud Məsuliyyətli Cəmiyyətin rayon filiallarında baş verən iri məbləği yeyinti faktları artıq cavabdeh təşkilatın rəhbərlərini də hərəkətə gətirib. Bir neçə gün əvvəl ?Azərpoçt? MMC-də keçirilən kollegiya iclasında da filiallardakı yeyintilər geniş müzakirə olunub və cəmiyyətin sədri bununla bağlı Baş Prokurorluğa müraciətlər edildiyini deyib. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, az öncə Abşeron Poçt Filialı, 2 saylı Poçt Filialı və digər filiallarda aparılan yoxlamalar zamanı ortaya çıxan yeyintilərin böyük hissəsi rəis, müavin və mühasiblər tərəfindən geri ödənilsə də, bu üsulun artıq effekt vermədiyi üzə çıxıb. Ona görə də rəhbərlik artıq çıxış yolunu toplanmış materialların Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməsində axtarmağa başlayıb. Elə kollegiya iclasında da baş direktor Qənbər Bəybalayev bu barədə söz açıb və Qobustan Poçt Filialındakı iri məbləğli yeyinti faktları ilə bağlı yoxlamanın nəticələrinin Baş Prokurorluğa göndərildiyini deyib. Qobustan Poçt Filialının rəisi Yusif Quliyev isə MİA.az-a deyib ki, yeyinti faktları onun rəhbərlik etdiyi dövrə aid deyil: ?Mən bura yanvar ayında rəis təyin olunmuşam. Deyilən bu yeyinti faktları məndən əvvəlki rəislərin dövründə baş verib?. Mənimsənilən vəsaitin məbləğinə gəlincə, rəis bunun 7 min manata yaxın olduğunu söyləyib. Qobustan Poçt filialının sabiq rəisi Heybət Rəfiyev isə MİA.az-ın sualına belə cavab verib: ?Mən həmin filialda çox az işləmişəm. Yeyinti faktları məndən əvvəlki rəisin, səhv etmirəmsə, Gülmalı Əmrahovun dövründə olub. Bununla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində izahatımı da vermişəm. Mən, əslində, çatışmayan məbləğin bərpasına çalışan bir adam olmuşam. Vəziyyətlə bağlı hər yerə, hətta icra başçısına da şəffaf izahat və fikirlərimi də bildirmişəm. Belə demək mümkündürsə, mən başqasının səhvlərini düzəltməyə çalışmışam. Lakin mənimsənilən vəsaitləri tam bərpa etmək mümkün olmayıb?. Sabiq rəis bildirib ki, hazırda mənimsənilən vəsaitlərdən 6100 manatı geri ödənilməyib: ?Bu yeyinti faktı da mənim bildiyimə görə, filialın Müştəri Xidmətləri Şöbəsinin sabiq rəisi İradə Qayıbovanın ?ayağı?nda qalıb. Eşitdiyimə görə, o da izahatında bu pulların mənimsənilməsində özünü deyil, rəisini təqsirləndirir?. MİA.az-ın əldə etdiyi məlumata görə, Qobustan Poçt Filialında pul vəsaitlərindən əlavə, digər korrupsiya halları da baş verib. Belə ki, filialın bəzi şöbələrinin yerləşdiyi inzibati binaların fiziki şəxslərə satılması və digər qanunsuzluqlar da həyata keçirilib. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə ?Azərpoçt?dan rəsmi münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA