Gənclər və idman naziri Küveytə səfər edib

img

19-04-2012 [11:17]


Gənclər və İdman naziri Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman üzrə Baş Komitəsinin baş direktoru Feysəl Müsaid Əl-Cəzzafın rəsmi dəvəti bu ölkəyə səfərə yollanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində 16 aprel 2010-cu il tarixində imzalanmış ?Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında? Sazişin müddəalarına uyğun olaraq iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər 22 aprel tarixinədək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA