18-04-2012 [03:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.
İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Ölkədə 3 ay ərzində ümumi daxili məhsul 0,5 %, qeyri-neft sektoru 7,2 % artmış, inflyasiya cəmi 3,1 %, əhalinin pul gəlirləri təxminən 14 % olmuşdur. Kənd təsərrüfatı 3,1 %, qeyri-neft sənayesi isə 16,5 % artmışdır. Ölkənin strateci valyuta ehtiyatları artaraq 43 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2012-ci ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 6.921,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 148,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 211,6 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 8,9 % çox rabitə xidmətləri göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 658,7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 40,6 % artmışdır.
İlin əvvəlindən əhaliyə 161,0 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 19,2 % çoxdur. Hesabat dövründə özəl müəssisələr tərəfindən əhaliyə 150.8 milyon manatlıq istehlak malları satılmış və müxtəlif növ pullu xidmətlər göstərilmişdir.
İlin əvvəlindən əhaliyə 129,8 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 % çoxdur. Pərakəndə əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 % artaraq 62,2 milyon manata, pulu xidmətlərin həcmi isə 6,8 % artaraq 67,6 milyon manata çatmışdır.
Rayonda çalışan işçilərin sayı 98670 nəfər, orta aylıq əmək haqqının məğləği isə 846,8 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 4,4 % çoxdur.
2012-ci ilin I rübü ərzində Səbail rayonu ərazisində 363 yeni iş yeri açılmışdır ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə ? yalnız 2009-2012-ci illərdə Səbail rayonunda 5873 daimi iş yeri açılmışdır.
Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin birinci rübündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində ?Bakıelektrikşəbəkə? ASC-nin ?İçərişəhər? yarımstansiyasının və beşulduzlu ?CW Marriott Abşeron? mehmanxanasının açılış mərasimləri keçirilmişdir.
Ha?zır?da rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, ?Alov qüllələri? kompleksinin, ?Four Seasons? mehmanxanasının, Zərifə Əliyeva küçəsində ?İş Adamları Mərkəzi?nin, MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, İncəsənət Muzeyi üçün əlavə korpusun, ?Azadlıq? Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların tikintisi aparılır. Neftçilər prospektində və Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlər inşa olunur. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə ?Cənub? mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi işləri aparılır. Artıq ?Yeni Bayıl? və ?Bayraq Meydanı? yarımstansiyaları istifadəyə verilmişdir.
20-ci yaşayış sahəsində ?Bibiheybət? stadionu əsaslı şəkildə yenidən qurulur, Dövlət Filarmoniyasının binasındakı təmir başa çatmış, Dövlət Musiqili Komediya Teatrının, Səadət Sarayının binasının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın inşası, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri, səkilərə dekorativ daş düzülməsi işləri davam etdirilir. ?Şəhidlər Xiyabanı? Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, şəhərimizin simvollarından biri olan Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması, Səbail rayonunun rəmzi olan ?Qız qalası?nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır.
Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir. ?Avroviziya? mahnı müsabiqəsinə hazırlıqla bağlı rayon ərazisində geniş miqyaslı işlər həyata keçirilir.
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanmış, artıq burada xeyli iş görülmüşdür. Məktəb və uşaq bağçasının açılışı cari ilin sentyabr ayında olacaqdır.
Dövlət Bayrağı Meydanı ətrafında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar Prezident cənab İlham Əliyevin göstərişinə əsasən keçən il 49 saylı ?İntellekt? liseyin həyətində yeni 660 şagird yerlik əlavə korpus tikintisi aparılmış və bu il mart tətillərindən sonra bu yeni korpusda dərs prossesinə başlanmışdır.
Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan əlavə korpusun, həmçinin 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi işləri başa çatmaq üzrədir. Eyni zamanda 203 saylı orta məktəbdə də möhkəmləndirmə-təmir işləri aparılır. Cari ilin yay aylarında 44 saylı uşaq bağçasında, Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə təmir işlərinə başlanması nəzərdə tutulmuşdur. Dövlət Proqramının icrası ilə bağlı 1 saylı şəhər poliklinikası və 3 saylı Vərəm Əleyhinə dispanserdə əsaslı təmir işlərinə başlanmışdır.
Bu ilin yanvar ayında Səbail rayon İcra Hakimiyyətinin həyətində də abadlıq aparılmış, həyətə 700 kv. metr sahədə dekorativ plitə döşənmiş, divarlar və darvaza rənglənmiş, binanın qarşısında yeni güllər əkilmişdir.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 7 binanın dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri görülmüşdür.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
2012-ci ilin ilk 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 430 ailə (keçən ilin müvafiq dövrü ilə müqayisədə 198 çox) (1774 ailə üzvü ? keçən illə müqayisədə 622 nəfər çox) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq hər bir ailə üzvünə 27,90 manat olmaqla, orta hesabla hər bir ailəyə 115,10 manat sosial yardım təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13126 nəfər təqaüdçülərə ilin ilk 3 ayı ərzində 8.340.151,38 manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 3 ayı ərzində 224 nəfər işaxtaran vətəndaş müraciət etmiş, onların 182 nəfəri daimi işlə təmin olunmuşdur, ?Ərazi Məşğulluq Proqramı?na əsasən cari ilin birinci rübü ərzində 60 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə ?İngilis dili? üzrə peşə kursu açılmışdır.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Yanvar ayında Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2011-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilmiş, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunmuşdur.
2 Fevral ? Azərbaycan Gəncləri günü ərəfəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Səbailli 2 gəncə toy mərasimi keçirilmiş, 8 Mart Beynəlxalq Qadınlar günü təntənəli qeyd olunmuş, Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri çərçivəsində Almaniyalı ictimai xadim Rolf Kunşun ilk dəfə olaraq alman dilində yazdığı ?Xocalı? kitabının təqdimat mərasimi keçirilmiş, rayonda məskunlaşmış Xocalıdan köçkün düşmüş ailələrin üzvləri ilə RİH- də görüş keçirilərək ailələrə yardımlar təqdim olunmuşdur.
Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir. Rayonumuzun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə də görüşlər və konsertlər təşkil etmişlər. 31 Mart-Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki ?Sinema-klub?da ?Xoca? filminə ictimai baxış keçirilmişdir.
Bayram tədbirləri Badamdar və Bibiheybət qəsəbələrində də keçirilmiş, bayramla əlaqədar rayondakı 3300-ə yaxın aztəminatlı ailəyə bayram payları verilmiş, ümumilikdə isə 3 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 4200 olmuşdur.
İclasda Səbail RİHBA-nın Təsərrüfat şöbəsinin müdiri Elman Yəhyayev, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, Səbail RİHBA-nın Sosial İqtisadi məsələlər şöbəsinin müdiri Qabil Vahidov və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.