Spikerin qudası Alı Qocayev ?vuruldu? -ekskluziv

img

18-04-2012 [02:54]


Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev tutduğu postdan uzaqlaşdırılıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan xəbərə görə, prezident Alı Qocayevin Binəqədi rayon icra hakimiyyəti başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam verib. Aldığımız məlumata görə, prezidentin digər sərəncamı ilə Alı Qocayev Samuxa icra başçısı göndərilib. Qeyd edək ki, son dövrlər Alı Qocayevin rəhbərlik etdiyi rayonda ciddi narazılıqlar baş qaldırmışdı. A.Qocayevin Binəqədi kimi bir rayondan Samux kimi kiçik rayona başçı göndərilməsi onun ?vurulduğunu? deməyə əsas verir. Onu da nəzərə çatdıraq ki, Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA