Bakı-Quba-Rusiya magistral yolu bağlandı

img

18-04-2012 [10:40]


Bu gün Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində yerləşən körpü uçub. Quba rayon 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafovun verdiyi məlumata görə, uzunluğu 90 m olan beynəlxalq əhəmiyyətli Qaraçay körpüsünün 33 metri dağılıb. Nəticədə magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aydəmir Manafovun sözlərinə görə, yağıntının çox olması və yaxınlıqda olan daş karxanalarının həmin körpünün uçan hissəsindən çınqıl və qum götürməsi nəticəsində onun bünövrəsi zəifləyib. Hadisə baş verərkən ?QAZel? markalı yük maşını çaya düşüb. ?QAZel?in sürücüsü, Quba rayonu, İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Nüsrət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Quba rayon 6 saylı Yol İstismar İdarəsinin, Fövqəlada Hallar Nazirliyinin, eləcədə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA