Yol polisi "gəlin mazınları" ilə bağlı reydə bazlayır

img

16-04-2012 [03:42]


Bakının Yol Polisi toy karvanında qayda pozanlara qarşı reydlərə başlayacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, son zamanlar paytaxt yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar yollarda nəqliyyatın sıxlığı yaranıb. V.Əsədov bildirib ki, toy mövsümünün başlaması da yollarda nəqliyyatın sıxlığının yaranmasına səbəb olub. Onun sözlərinə görə, bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən şadlıq sarayları istiqamətinə gedən yollarda yolun bütöv hərəkət zolağının tutulması, lüzumsuz olaraq səs siqnallarından istifadə edilməsi halları artıb. Bölmə rəisi deyib ki, paytaxt yollarında hərəkətə nəzarət edən kameralar vasitəsilə əldə olunan məlumatlar əsasında yol polisi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı kobud qayda pozuntuları edən sürücülər aşkarlanıb. Belə ki, ötən həftənin şənbə və bazar günlərində 3 toy karvanında 8 sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması faktı aşkar edilib. Həmin sürücülər barəsində inzibati protokol tərtib olunub və onlar cəzalandırılıb. İdarə paytaxt yollarında tıxacların, yol qəzalarının, ləngimələrin qarşısını almaq məqsədilə əhaliyə xəbərdarlıq edir. Yol polisi paytaxtda bu halların qarşısını almaq məqsədilə reydlərə başlanılacağını və toy karvanlarında qayda pozanlara qarşı ciddi tədbirlərin görüləcəyini bildirib. V.Əsədov deyib ki, toy karvanında hərəkət edən avtomobillər yolun sağ çiyni ilə bir xətt üzrə ardıcıl hərəkət etməli, yol boyu yol hərəkəti nişanlarının tələblərinə riayət etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA