Nazirlik sabahkı hava ilə bağlı xəbərdarlıq etdi

img

16-04-2012 [01:50]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gündüz buludluluğun artacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında 17 apreldə isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir Nazirlikdən bildirilib ki, aprelin 17-19-da Abşeron yarımadasında temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 19-da atmosfer təzyiqinin enərək normadan aşağı olması fonunda mülayim cənub küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA