Fonda 14 778 müraciət daxil olub

img

16-04-2012 [12:34]


2012-ci ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ?190? nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 14 778 müraciət daxil olub. Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 53,5 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 46,5 faizi isə qeyri-iş günlərinə və saatlarına təsadüf edib ki, bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib. Cari ilin üç ayında ?190" nömrəli telefon məlumat xidmətinə daxil olan və maarifləndirici xarakter daşıyan müraciətlərin 58,2 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 17,2 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,6 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA