Bakıda yol polisi və FHN birgə reydlərə bazlayıb

img

12-04-2012 [04:00]


Bu gün səhər saatlarından Bakı şəhəri Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) və Fövqəlada Hallar Nazirliyinin Yasamal, Səbail, Nəsimi rayonları üzrə II ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi əməkdaşlarının paytaxtda reydlərə başlayıb. BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, reydlər 2012-ci ilin ikinci rübü üçün təsdiq edilən tədbirlər planı əsasında keçirilir. ?Yol Hərəkəti? haqqında qanunun 11-ci maddəsinin tələbinə əsasən yolların və səkilərin hərəkət hissəsində özbaşına süni maneələrin, hədlərin və şlaqbaumların yaradılmasına qarşı birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu gündən tədbirlərin başlanmasına start verilib. Hazırda paytaxtın Yasamal və Nəsimi rayon ərazilərində yaradılmış xüsusi qruplar tərəfindən tədbir keçirilir. "Qeyri-qanuni olaraq müxəlif predmetlərdən, taxta, dəmirdən istifadə edərək yolların süni olaraq maneələrin çəkilməsi tərəfimizdən aşkarlanır. Belə ki, səhər saatlarından başlanan reyd zamanı 40-a yaxın belə ərazi aşkarlanıb və bu maneələrin ləğv edilməsi istiqamətində tədbirlər görülür". Xatırladaq ki, Yol Hərəkəti haqqında qanunun 11-ci maddəsinin tələbləri pozulduqda İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsinin tələbinə uyğun fiziki şəxslər 100 manat, hüquqi şəxslər 4 min manat, vəzifələri şəxslər isə 500 manat məbləğində cərimə edilir. "Belə tədbirlər problem aradan qaldırılana qədər davam edəcək",deyə V.Əsədov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA