TQDK abituriyentlərə yeni xidmət təklif edir

img

11-04-2012 [03:07]


Dünəndən etibarən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu başlayıb. TQDK bununla bağlı abituriyentlərə yeni xidmət təklif edir. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, ali məktəblərə qəbul imtahlarında iştirak etmək istəyən abituriyentlər elektron ərizə vermək üçün nəzərdə tutulan virtual ödəmə kartlarını artıq SMS-lə əldə edə bilərlər. Bunun üçün abituriyentlər Azercell, Bakcell və NAR Mobile nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Qeyd edək ki, Ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Bu proses mayın 18-də bitəcək. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA