Aparat rəhbərinin qardazı general oldu

img

11-04-2012 [12:37]


Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni müavinlər təyin olunub. Onlardan biri Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalov, digəri isə Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyevdir. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, Elman Əliyev Arzu Rəhimovla Dövlət Sərhəd Xidmətində bir yerdə işləyiblər. Sonradan Arzu Rəhimov Miqrasiya Xidmətinə rəis təyin edilərkən, onu da özü ilə adıçəkilən xidmətə gətirib. Digər müavin Vahid Zeynalova gəlincə isə, bildirilir ki, o, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun qardaşıdır Xatırladaq ki, prezidentin sərəncamı ilə hər iki şəxsə general hərbi rütbəsi də verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA