Prezident Əlixan Məlikovun qardazını ?vurdu?

img

10-04-2012 [09:58]


Dünən axşam prezident İlham Əliyev bir neçə rayonun icra başçısının dəyişdirilməsi barədə sərəncam imzalayıb.Belə ki, ölkə başçısının müvafiq sərəncamı ilə Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı, ?Azəriqaz? istehsalat birliyinin sabiq rəhbəri Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov tutduğu vəzifədən azad olunub.Onun yerinə Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı İrşad Əliyev gətirilib. Ölkə başçısı Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun da iş yerini dəyişdirib. X.Aslanov Xızı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. Xızı rayonunun icra başçısı, sabiq deputat Vaqif Abdullayev də vəzifəsindən kənarlaşdırılıb. Amma Vaqif Abdullayev işsiz qalmayıb. Prezident onu Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.Keçmiş deputat Sevindik Hətəmov isə Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA