Mehriban Əliyeva ?Birliyin ulduzları? mükafatına layiq görülüb

img

10-04-2012 [04:28]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə, ?Birliyin ulduzları? (??????? ????????????) mükafatına layiq görülüb. ?Oreanda? informasiya agentliyinin məlumatına görə, dövlətlərarsı mükafatın təqdimetmə mərasimi aprelin 13-də Moskvada Rusiya Dövlət Kitabxanasında keçiriləcək. Təntənəli mərasimdə ötən il bu mükafata layiq görülmüş şəxslər, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbərləri, birlik ölkələrindən nazirlik, dövlət qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak edəcəklər. Xatırladaq ki, bu mükafat MDB üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunub. ?Birliyin ulduzları? dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur. "Birliyin ulduzları" pul mükafatı, diplom, fəxri nişandan ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA