Azərbaycanda iki canlı donordan xəstəyə qaraciyər və böyrək köçürülüb

img

10-04-2012 [04:26]


Qaraciyər transplantasiya əməliyyatları 2008-ci ildən Səhiyyə Nazirliyinin tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) icra olunur. Azərbaycanda transplantologiyanın tarixi yeni deyildir. Hələ 1971-ci ildə ilk dəfə akademik Mirməmməd Cavadzadə tərəfindən Respublika Uroloji Klinik Xəstəxanasında böyrək transplantasiyası keçirilib. Bu sözləri aprelin 10-da keçirilən mətbuat konfransında MNX-nin baş həkimi Həbib Yüzbaşıyev deyib. Baş həkim bildirib ki, xəstəxanada indiyədək 18 böyrək və 20 qaraciyər transplantasiyalarının icra olunması bunun məntiqi nəticəsidir. Azərbaycan cərrahiyyəsində yeni bir səhifənin açıldığını deyən H.Yüzbaşıyev diqqətə çatdırıb ki, xəstəxanadakı son unikal əməliyyat MDB məkanında ilk dəfə Azərbaycanda keçirilib. Belə ki, aprelin 4-də iki canlı donordan xəstəyə eyni vaxtda qaraciyər və böyrək köçürülüb. Həkimlər Mircəlal Kazımi, Eldar Əhmədov, Elnur Fərəcovun keçirdikləri əməliyyat 24 saat davam edib. Qeyd olunub ki, xəstəxanadakı Qaraciyər Transplantasiya Mərkəzi Avropa Qaraciyər Transplantasiyası Reyestrində fəal qaraciyər köçürülməsini icra edən mərkəz kimi qeyd olunub. Tədbirdən sonra media nümayəndələri üzərində əməliyyat aparılmış xəstəyə baş çəkiblər. Hazırda xəstənin vəziyyəti yaxşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA