BQXK nümayəndələri erməni əsirliyində olan azərbaycanlı hərbi əsirə baz çəkiblər

img

10-04-2012 [10:56]


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri aprelin 2-də Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir Məmmədbağır Talıb oğlu Axundzadəyə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın verdiyi məlumata görə, hərbi əsirə ailəsindən məktub çatdırılıb və ondan da bir məktub əsgərin ailəsinə gətirilib. Məmmədbağır Axundzadənin atası Talıb Axundzadə aprelin 6-da BQXK-nın Azərbaycan nümayəndəliyində olub və oğlunun məktubu ona çatdırılıb. Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA