Prezident MTN-çiləri təltif etdi

img

10-04-2012 [09:33]


Gəncə şəhərində keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri şücaət və igidliyə görə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup əməkdaşı Azərbaycan prezidentinin 2012-ci il 9 aprel tarixli sərəncamı ilə orden və medallarla təltif olunub. APA-nın məlumatına görə, sərəncama əsasən, polkovnik-leytenant Elşad Quliyev ölümündən sonra ?Azərbaycan Bayrağı? ordeni, ?Qartal? xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə ?Vətən uğrunda? , ?İgidliyə görə? və ?Hərbi xidmətlərə görə? medalları ilə təltif ediliblər. Qeyd edək ki, Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və terror aktları planlaşdıran silahlı qrup MTN-in ?Qartal? xüsusi təyinatlı dəstəsi tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA