Bakıda GUAM-ın görüzü olacaq

img

09-04-2012 [04:45]


Bakıda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Nazirlik rəsmisi bildirib ki, aprelin 10-da görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə ediləcək. Bundan əlavə, GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də ?GUAM +? formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub. Qeyd edək ki,, Azərbaycan 2012-ci ilin yanvarın 1-dən bir il müddətinə GUAM-da sədrlik funksiyalarını öz üzərinə götürüb. Görüşdə Azərbaycan tərəfini XİN-nin müavini Araz Əzimov təmsil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA