AMiP-çilər icra Hakimiyyətinin qarzısında piket edəcək

img

09-04-2012 [12:41]


Azərbaycan Milli İstiqlal Partiyasının 50 nəfər üzvü İmişli Rayon İcra Hakimiyyətinin qarşısında rayondakı özbaşınalıqlara etiraz əlaməti olaraq piket keçirəcəklər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AMİP İmişli Rayon Təşkilatının sədri Tapdıq Həsənov məlumat verib. Onun sözlərinə görə, son vaxtlar partiya üzvləri rayonda açıq şəkildə təhdid olunurlar: ?Partiyamızın üzvlərinə rayonda açıq şəkildə təzyiqlər olunur, onlar təhdid olunurlar. Artıq elə bir vəziyyət yaranıb ki, mənim müavinim Vaqif Murtuzayevin əmlakını da talan ediblər. İcra orqanları məhkəmələrə təzyiqlər göstərərək, onun təməl hüquqlarını bərpa etməyə də imkan vermirər. Bu və ya buna bənzər hadisələr çoxaldığından Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevə rəsmi müraciət edərək, 50 nəfərlik piket keçirməyimizə icazə istəmişik?. Təşkilat sədri deyib ki, piketi aprelin 19-u, saat 12.00-dən 13.00-dək davam etdirəcəklər: ?İcra hakimiyyəti göstərilən müddətə cavab verməzsə, o zaman mövcud qanunlardan istifadə etməklə, etiraz aksiyamızı keçirəcəyik?. Xatırladaq ki, təşkilat sədri son aylar rayondakı özbaşınalıqları, korrupsiya və digər qanun pozuntularını əks etdirən məqalələrini dövrü mətbuatda çap etdirməklə də tanınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA