Vasif Talıbov özünə və ailəsinə xüsusi status tələb edir

img

09-04-2012 [10:04]


Azərbaycan parlamentinin ?Eks-prezidentlər haqqında? qanunun müzakirəyə çıxarılacağının gözlənildiyi bir ərəfədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi də ?Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrlərinin statusu haqqında? qanun layhəsinin qəbulu ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etməyə hazırlaşır. O, bu qanunla gələcəkdə hakimiyyət dəyişikliyi olarsa, özünün və yaxınlarının təhlükəsizliyinə tam təminat almaq məqsədini güdür. Bu barədə ?Reytinq?ə əslən Naxçıvandan olan tanınmış şəxslərdən biri məlumat verib. Müsahibimizin sözlərinə görə, Azərbaycan parlamentinin ?Eks-?rezidentlər haqqında? qanuna hansı maddələri daxil edəcəyi bilinməsə də, Naxçıvanda artıq Vasif Talıbovun hazırlatdığı qanun layihəsindən məmur elitası xəbərdardır: ?O, qanun layihəsində nəinki özünün, hətta bütün yaxınlarının gələcəkdə heç bir halda həbs edilməyəcəyinə zəmanət almaq istəy?r. Eyni zamanda, ömrünün sonuna qədər yüksək məbləğdə pensiya, xidməti maşın, hava limanlarında özünə və ailəsi?ə VİP girişlərindən istifadə etmək və digər bu kimi üstünlükləri sağlayacaq təklifləri daxil etməyə çalışır. Şübhəsiz ki, Naxçıvan Ali Məclisinin üzv?əri onun təkliflərini rədd edəcək gücdə və cəsarətdə deyillər. Odur ki, nə zaman ?Eks-Prezidentlər haqqında? qanun layihəsi müzakirəyə çıxarılan ərəfədə ?Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrlərinin statusu haqqında? qanunun qəbulunu görəcəyinizə şübhəniz olmasın?. Mənbə onu da deyib ki, Milli Məclisin bəzi üzvləri ?Eks-Prezidentlər haqqında? qanunun qəbulu zamanı bunun Vəzirov, Mütəllibov və Elçibəyə şamil edilməməsini necə tələb edirlərsə, Vasif Talıbova yarınan Ali Məclisin bəzi üzvləri də Talıbova xüsusi status tələb edən layihədə Ali Məclisin bir neçə keçmiş üzvlərinin kənarda saxlanılmasını istəiyrlər: ?Ali Məclisə bu günə qədər 5 adam rəhbərlik edib. Onlar Afiyəddin Cəlilov , Əkbər Əliyev, Heydər Əliyev, Namiq Həsənov və Vasif Talıbovdur. Mənim məlumatıma görə, Vasif Talıbovun ətrafında olanlardan bəziləri bu prosesdən Namiq Həsənovu kənarda tutmağa çalışırlar?. Məsələ ilə bağlı tərəflərdən münasibət öyrənə bilmədik. "Reytinq" #305;lan

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA