?Avromed? dərman zirkətində fəhlə üsyanı

img

07-04-2012 [07:50]


Azərbaycanın daxili bazarında ən böyük dərman monopolistlərindən sayılan ?Avromed?də fəhlə üsyanı yaşanır. Mərkəzi ofisi Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ?Avromed?dəki fəhlələrin narazılığı isə 30-a yaxın işçinin oğurluqda ittiham edilərək, qovulmalarıdır. Bu barədə Müstəqil İnformasiya Agentliyini məlumatlandıran fəhlələrdən biri deyib ki, artıq iki gündür ?Avromed?in Keşlədə yerləşən baş ofisinin önünə toplanırlar: ?Bizi anbarlardan oğurluq etməkdə ittiham edərək, işdən qovublar. Üstəlik, maaşımızı da vermirlər. İki-üç gündür axşama qədər bura toplaşırıq. Nəhayət, bu gün bizi bir-bir qəbul edib, əmək haqlarımızı ödəsələr də, işə bərpa etməyəcəklərini deyirlər. Biz isə oğurluq etməmişik. Əgər orada bir oğurluq olubsa, qoy, polisə müraciət etsinlər də. Niyə bizi belə ağır məsələdə ittiham edib, qovurlar ki??. Fəhələləpr sonadək haqları uğurunda mübarizə aparacaqlarını da bəyan ediblər. İnformasiya axşam saatlarında daxil olduğundan qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. Xatırladaq ki, ?Avromed?in bir deputatın himayəsi altında fəaliyyət göstərdiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA