Daxili izlər naziri Ramil Usubov Lənkəranda tapzırıq verdi

img

07-04-2012 [03:22]


Aprelin 6-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə iştirak edən daxili işlər naziri Ramil Usubov açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub. 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3316 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə 58 xidməti otaq, 95 yerlik akt zalı var. İnzibati binada Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət yol polisi bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılıb. General-polkovnik Ramil Usubov inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb. Nazir əmin olduğunu bildirib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək. Aprelin 7-də isə daxili işlər naziri Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının bir qrup sakinini qəbul edib. Müraciətlərin operativ şəkildə həll edilməsi üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verilib. Daxili işlər naziri tərəfindən qəbul edilən 27 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin tam əksəriyyəti elə yerindəcə həllini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA