Qəbələdə qar uçqununa düzmüz gənclərin meyitləri tapıldı

img

07-04-2012 [01:35]


Martın 30-da Qəbələ rayonunda dağlıq ərazidə itkin düşmüş rayonun Vəndam qəsəbəsinin 3 nəfər sakininin meyiti tapılıb. MIA-nın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün aparılmış əməliyyat xilasetmə işləri nəticəsində itkin düşmüş şəxslərin cəsədləri səhər saat 09:30 radələrində Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin ?112? qaynar telefon xəttinə aprelin 4-də günün ikinci yarısında daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 nəfər sakini- 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu 30 mart 2012-ci il tarixində ov etmək məqsədilə dağa getmiş və geri qayıtmadıqları bildirilmişdi. Yaxınları onların qar uçqununa düşdüyünü bildirmişdilər. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itləri hadisə rayonuna cəlb olunaraq gənclərin axtarışı həyata keçirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA