Mehriban Əliyeva Praqa qəsrində və Dekorativ incəsənət Muzeyində olub

img

06-04-2012 [12:08]


Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva aprelin 5-də Çexiya prezidentinin xanımı Livia Klausova ilə görüşüb. Görüş başa çatdıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Çexiya dövlət başçısının xanımının müşayiəti ilə Praqa qəsrini olub. Mehriban Əliyevaya məlumat verilib ki, Praqa qəsri Çexiya paytaxtının ən görməli yerlərindən biridir. Qəsrin 1100 ildən çox yaşı var. Hər il minlərlə turist muzeyləri, müqəddəs məkanları və qəsrləri görmək üçün buraya axın edir. Dünyanın ən gözəl mədəniyyət abidələrindən sayılan Praqa qəsri tarix boyu Çexiya hökmdarlarının iqamətgahı olub. Ümumilikdə Praqanın tarixi bu qəsr ilə sıx bağlıdır. Şəhər əsas ticarət yolları üzərində yerləşdiyi üçün müdafiə qurğusunun tikilməsi zəruri idi. Müdafiə qabiliyyətinə görə ətrafdakı heç bir istehkam Praqa qəsri ilə müqayisə edilə bilməz. Bildirilib ki, Praqa qəsri Çexiyanın ilk hökmdarlarından sayılan şahzadə Borivoyın fərmanı ilə 870-ci illərdə inşa edilib. 1920-ci ildə qəsrdə aparılan bərpa işləri zamanı geniş arxeoloji sahə aşkar olunub. Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyində də olub. Mehriban Əliyevaya məlumat verilib ki, muzeyin yerləşdiyi bina yeni intibah üslubunda inşa edilib. Tikintisi XIX əsrdə başa çatmış bina zəngin kompozisiyası ilə insanları valeh edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA