Hökumət təxirəsalınmaz tədbirlər görməlidir

img

05-04-2012 [04:57]


?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı 2010-cu il baş vermiş Kür daşqınlarının təsirinə məruz qalmış Sabirabadın Minbaşı kənd sakinlərinin aprelin 03-04-də keçirdikləri etiraz aksiyası ilə bağlı bəyanat verib. Bəyanatda 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarından 2 ilə yaxın vaxt keçməsinə və daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində dövlət büdcəsindən xeyli vəsait ayrılmasına baxmayaraq hadisənin törətdiyi problemlərin bir çoxunun həll olunmadığı bildirilib: ??Kür? Vətəndaş Cəmiyyətinin dəfələrlə təkidli tələblərinə baxmayaraq hökumət və əlaqədar qurumlar Kür Araz daşqınları ilə bağlı ayrılan 327 milyon manat vəsaitin xərclənməsi, kimlərə hansı həcmdə kompensasiyaların verilməsi, evlərin tikintisinə sərf olunan vəsaitlərlə bağlı indiyə kimi hər hansı hesabat təqdim etməyib. Sözdə şəffaflıqdan, hesabatlılıqdan, qanunçuluqdan, ictimai iştirakçılığın təmin olunmasından dəm vuran bəzi dövlət qurumları təəssüf ki, əməldə və fəaliyyətdə bunun tam əksini edirlər. Bu da təbii olaraq insanlarda haqlı narazılığın, etirazın artmasına səbəb olur ki, sonda cana doymuş insanlar müxtəlif aksiyalara əl atırlar. 2010-cu il daşqınlarının təsirinə məruz qalmış Kür-Araz ətrafı bölgədə son iki ildə mütəmadi olaraq davamlı, sistemli şəkildə fəaliyyət göstərən, insanlarla daha yaxından təmas qurmuş, onları narahat edən problemləri yaxından izləyən ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı olaraq hökuməti bir daha bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA