Gənclər Avropa Gənclər Forumunun prezidenti ilə görüzdülər

img

05-04-2012 [12:36]


Avropa Gənclər Forumunun prezidenti Peter Matjasiclə Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (ARGTMŞ) katibliyi və üzv təşkilatlarının görüşü keçirilib. Görüşdə ARGTMŞ-ın baş katibi Orxan Ərəbov, Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi Nail Abdulov və başqaları iştirak ediblər. İkitərəfli müzakirələr zamanı bir sıra perspektivlər, yeni layihələrdən danışılıb. Peter Matjasic bildirib ki, Avropa Gənclər Forumu Azərbaycanda olan gənclər təşkilatları ilə yeni-yeni əlaqələr qurmaqda maraqlıdır. Orxan Ərəbov isə öz növbəsində gələcək layihələrdə müxtəlif gənclər təşkilatlarının cəlb edilməsi, qarşılıqlı tədbirlərin təşkili ətrafında danışıb. Qeyd edək ki, Avropa Gənclər Forumu Avropada mövcud ən böyük gənclər təşkilatlarını öz ətrafında birləşdirir. ARGTMŞ Azərbaycandan bu təşkilatın yeganə və tam hüquqlu üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA