üç partiya nazirliyə qarzı piket keçirəcək

img

04-04-2012 [01:09]


Üç partiyanın ? Böyük Quruluş Partiyası, BAXCP, və Ümid Partiyasının İmişli rayon təşkilatlarının sədrləri Füzuli Ələkbərovun rəhbərli olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 34 saylı Tibbi Sosial ?Ekspert Komissiyasının özbaşınalıqlarına qarşı piket keçirəcəklər. Bununla bağlı artıq təşkilat sədrləri rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayevə rəsmi müraciət də ediblər. Müstəqil İnformasiya Agentliyinə daxil olan olan müraciətin surətində bildirilir: ?Son zamanlar partiya üzvlərimizin, tərəfdarlarımızın və sıravi vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayonu üzrə 34 saylı Tibbi Sosial ?Ekspert Komissiyasının rəhbərliyi tərəfindən incidilməsi, get-gələ salınması halları artıb. Bizə edilən şikayətlərin təhlili gələcəkdə sabitliyin pozulması hallarına gətirib çıxara bilər. Odur ki, komissiya rəhbərliyinin diqqətini respublikamızın qanunlarına əməl olunmasına cəlb etmək məqsədiylə adıçəklən təşkilatın qarşısında 09 aprel 2012-ci il tarixində hər partiya üzvlərindən 10 nəfər olmaqla, piket keçirmək zərurəti yaranıb. Xahiş edirik ?Siyasi Partiyalar haqqında? qanuna əsasən, piket keçirilməsinə şərait yaradasınız?. Müraciəti BQP-dən B.Hüseynov, BAXCP-dən R,Rəhbəri, ?Ümid?dən isə A.Hadıyev imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA