Qafqaz Universitetinin tələbələri dövlət qulluğuna cəlb olunub

img

04-04-2012 [11:03]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu il məzun olacaq tələbələrin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə ali təhsil müəssisələrində silsilə görüşlər keçirir. Növbəti görüş Qafqaz Universitetində keçirilib. Komissiyadan verilən məlumata görə, görüşdə Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və həmin şöbənin baş məsləhətçisi Nərmin Mirzəyeva iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini R. Məcidbəyli Komissiyanın məqsəd və funksiyaları, fəaliyyət istiqamətləri, dövlət qulluğu sisteminin inkişafı ilə bağlı həyata keçirilən layihələr və gənclərin dövlət qulluğuna olan maraqları barədə məlumat verib. Daha sonra Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi N.Mirzəyeva dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini, o cümlədən də Qafqaz Universiteti üzrə göstəriciləri özündə əks etdirən təqdimatla çıxış edib. Görüşün sonunda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran suallara cavab veriblər. Qeyd edək ki, bu cür görüşlər indiyə kimi Texniki Universitetin (14 mart) və Müəllimlər İnstititunun (15 mart) tələbələri ilə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA