TQDK sınaq imtahanlarında iztirak edəcək abituriyentlərə müraciət edib

img

03-04-2012 [03:59]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, sınaq imtahanlarına yazılışla bağlı aparılmış təhlillər göstərib ki, aprelin 8-də keçiriləcək imtahana bəzi abituriyentlər valideynlərinin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. TQDK xəbərdarlıq edib ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirilməsi qəti qadağandır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA