Əmanətlərin qaytarılması ilə bağlı Xüsusi Komissiya yaradıldı

img

03-04-2012 [12:39]


Nazirlər Kabineti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılması barədə qərar verib. Komissiyanın tərkibi aşağıdakı kimidir: Komissiyanın sədri Razim Vəliyev - Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Komissiyanın üzvləri: Mirağa Abbasov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçisi Seymur İsmayılov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin aparıcı məsləhətçisi Şəmsəddin Sadıxov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin baş inspektoru Faiq Qarayev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin baş inspektoru Faiq İsgəndərov - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil, proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Maqsud Tağıyev - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil, proqnozlaşdırma şöbəsinin məsləhətçisi Samir Nəsibov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquq şöbəsinin baş məsləhətçisi Natiq Rəsulov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin baş məsləhətçisi Şahin Məmmədov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin daxili borcun uçotu və icmallaşdırılması şöbəsinin baş məsləhətçisi Nizami İbrahimli - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi Babək Hüseynov - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsi müdirinin müavini Elman Quliyev - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sosial təminat və humanitar yardım şöbəsinin sektor müdiri Asim Əsədov - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, mətbuat və informasiya xidməti departamentinin aparıcı məsləhətçisi Fikrət Məmmədov - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsi müdirinin müavini Nazirlər Kabineti ?Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə yaradılmış Xüsusi Komissiyanın fəaliyyət Qaydası?nı da təsdiq edib. Qərarda qeyd edilir ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsi məqsədi ilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ilkin olaraq 300000000 (üç yüz milyon) manat məbləğində vəsait ayrılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA