?Kapitalbank? DSK üzvünü məhkəməyə verdi

img

03-04-2012 [11:55]


?Kapitalbank? 14 saylı Xəzər İkinci Dairə Seçki Komissiyasının üzvünü məhkəməyə verib. Buna səbəb DSK üzvünün sözügedən bankdan götürdüyü kredit borcunu vaxtında ödəməsidir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, bir müddət əvvəl ?Kapitalbank? ASC DSK üzvü Səbuhi Nazim oğlu Rzayevin borcu ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etsə də, bu məhkəmə instansiyasında qəbul edilən qərardan razı qalmayıblar: ?Elə buna görə də apellyasiya şikayəti verilib. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirovun sədrliyi ilə araşdırılır?. Məlumatda borcun məbləği dəqiq göstərilməsə də, məhkəmə prosesinin aprelin 4-də keçiriləcəyi bildirilir. Fakta tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA