QHT Koalisiyası təqdimat keçirəcək

img

02-04-2012 [01:17]


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində maliyyələşən və ?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən ?Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında? Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə? layihəsinin maraqlı tərəflər və ictimaiyyət üçün təqdimatı olacaq. Layihə, Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı seçkiliyin ləğvi üzrə Komitəsinin 20 iyul-07 avqust 2009-cu il tarixində keçirdiyi 44-cü sessiyada Azərbaycan Hökumətinin ?Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında ?Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsində hökumətlə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Layihə çərçivəsində, qadınlar üçün bütün sahələrdə bərabər hüquqların təbliği ilə yanaşı, 2010-cu ildə qəbul edilmiş ?Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanun?un icra mexanizmlərinə dair təkliflərin hazırlanması, polis orqanlarında qadınlarının sayının artırılmasına dair təkliflər, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Komitəsinə kölgə hesabatının hazırlanmasına dair modlun və siyasət sənədinin hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində hazırlanmış mesajlar: ? Bərabər iş ? Bərabər məvacib! ? Bərabər hüquq ? Bərbər imkanlar! ? Bərabər peşə - bərabər seçim! Layihənin təqdimat mərasimində layihəni həyata keçirən təşkilatlar, millət vəkilləri, layihənin ictimai vəkilliyinin həyata keçirilməsində maraqlı təşkilatlar, hüquqşünaslar, tanınmış simalar, KİV nümayəndələri iştirak edəcək. Tədbir 04 aprel 2012-cu il tarixində Beynəlxalq Mətbuat Mərkəzində saat 12.00-dan.13.00-dək keçiriləcək. Aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə əlavə məlumat əldə edə bilərsiniz 012-497-10-58; 012-511-11-51; 050-314-35-15

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA