Komitə sədri ilə ?Azəriqaz? sədri toqquzub

img

02-04-2012 [01:11]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə ?ARDNŞ-in ?Azəriqaz? İstehsalat Birliyi məhkəmədə çəkişirlər. Buna səbəb istifadə edilmiş təbii qazın pulunun ödənilməməsi göstərilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Əkbər Hacıyevin rəhbərlik etdiyi birlik bir müddət əvvəl Nəsimi Rayon Məhkəməsində ?Azəriqaz?a qarşı borc tələbi ilə bağlı iddia qaldırıb: ?Lakin sözügedən məhkəmədə Ramiz Həsənovun rəhbərlik etdiyi komitəyə qarşı iddialar qəbul olunmayıb. Ancaq birlik rəsmiləri bu qərarla razılaşmayıb, apellyasiya şikayəti verilib. İşə hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılır?. Məlumatda mübahisənin predmeti haqda ətraflı məlumat verilməyib. Tərəflər arasında prosesə aprelin 5-i start veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA