Nazir komitə sədri və rektorun qarzısından geri çəkildi

img

02-04-2012 [11:28]


Bir neçə ay əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov korrupsiyaya görə işdən azad etdiyi Dini İşlər üzrə Komitənin sədri Hidayət Orucovun qayını, eyni zamanda, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin qardaşı Fikrət Vəliyevlə Tibb universitetinin rektoru Əhliman Əmiraslanovun qardaşı Zəfər Bayramovu yeni vəzifələrə təyin edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən nazirlikdən məlumat daxil olub. Məlumatda bildirilir ki, adıçəkilən şəxslər az öncə rəhbərlik etdiyi sahələr üzrə iri məbləğdə korrupsiyaya yol verdikləri üçün tutduqları vəzifələrdən azad olunublar: ?Fikrət Vəliyev Yasamal, Zəfər Əmiraslanov isə Abşeron poçt filialının rəhbərləri olub. Onların rəhbərlik etdikləri filiallar üzrə yoxlama aparılıb və aydın olub ki, hər bir filialda təxminən 500 min manata yaxın dövlət vəsaitlərinin mənimsənilib. Düzdür, nazirliyin və ?Azərpoçt? MMC-nin təzyiqlərindən sonra bu məbləğin böyük bir hissəsi adıçəkilənlər tərəfindən geriyə - büdcəyə ödənildi. Amma hər bir filial üzrə təxminən 200 min manata yaxın məbləğ hələ də ödənilməyib. Sabiq rəislər bunu keçmiş əməkdaşlarının üzərinə atmaqla, özlərini təmizə çıxarmağa çalışıblar. Bu isə bir neçə filial əməkdaşını çox pis vəziyyətdə qoyub. Elə poçt əməkdaşı var ki, həbs olunmamaq üçün evinin sənədlərini yeni təyin olunmuş rəislərə veriblər. İndisə belə bir adamları nazir Əli Abbasovun göstərişi və tapşırığı ilə nazirliyin ayrı-ayrı qurumlarına yüksək vəzifələrə təyin ediblər. Fikrət Vəliyevi Poçtdaşıma Mərkəzinə rəis müavini, Zəfər Əmiraslanovu isə Dövlət Radiotezliklər İdarəsinə məsləhətçi vəzifəsinə təyin ediblər. Şübhə yox ki, bu təyinatlarda adıçəkilənlərin tanınmış şəxslərin yaxın qohumları olması böyük rol oynayıb. Eyni zamanda, nazirliyin bu addımı addım rabitəçilər arasında yeni lətiflərin yaranmasına da rəvac verib?. Məsələyə ?Azərpoçt? MMC-dən münasibət öyrəndik. Adının çəkilməsindən imtina edən MMC-nin əməkdaşı ?Düzdür, adıçəkilənlər bir müddət əvvəl yoxlamaların nəticəsi olaraq işdən azad olunublar. Bunun nəyə görə baş verdiyi və onların yeni vəzifələrə təyin olunmaları haqda nazirlikdən məlumat ala bilərsiniz?, - deyə, bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA