Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıb

img

02-04-2012 [11:01]


Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Milli Ordunun əsgəri Ağarza Mirməhəmməd oğlu Əmirov Ermənistan silahlı qüvvələrinin aprelin 1-də cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, A.Əmirov Bakının Yasamal rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA