Azərbaycandakı Ukrayna Cəmiyyətinin IV hesabat-seçki konfransı keçirilib

img

02-04-2012 [10:53]


31 mart 2012-ci il tarixdə Səbail rayon İcra Hakimiyyətində Azərbaycandakı Ukrayna Cəmiyyətinin IV hesabat-seçki konfransı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Azər Fərzəliyev, Ukrayna Cəmiyyətinin üzvləri, Azərbaycandakı Tatar cəmiyyətinin , Kazakların, ?Sodrucestvo? və digər cəmiyyətlərin rəhbərliyi və digər qonaqlar iştirak ediblər. Cəmiyyətin sədri Aleksandr Zareçnıy konfransda məlumat vermişdir ki, Azərbaycanda Ukrayna Cəmiyyəti 1 noyabr 1997-ci ildə təsis edilib, həmin ilin dekabrında isə Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib. Bu cəmiyyətin Azərbaycandakı fəaliyyətinin əsas məqsədi burada yaşayan bütün ukraynalıların yerli xalqlarla əməkdaşlıq etməsi, onlara sosial, mədəniyyət və təhsil sahələrində köməkliklərin göstərilməsi, Ukrayna xalqının adət-ənənə, dil və və mədəniyyətini qoruyub saxlamaqdan ibarətdir. Bundan əlavə, cəmiyyət, Azərbaycan və Ukrayna xalqları arasındakı əlaqələrin bütün sahələr üzrə daha da inkişaf etməsinə xidmət edir. Konfransın gündəliyinə uyğun olaraq, tədbirin davamında Azərbaycandakı Ukrayna Cəmiyyətinin hesabatı dinlənilib, cəmiyyətin nizamnaməsində Azərbaycan qanunlarına uyğun olaraq dəyişikliklər edilib və təşkilatın rəhbər orqanlarına yeni tərkib seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA