?Azərsu? Xətai rayonunun içməli suyunu kəsib

img

30-03-2012 [04:53]


?Azərsu? Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır kı, Bakı şəhərinin Nobel prospektində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar paytaxtın Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb. Bununla əlaqədar martın 30-31-də Xətai rayonunun Əhmədli kəndi, Zığ şossesi, ?Qara şəhər?, Həzi Aslanov, NZS, UPD yaşayış massivlərinə və Nobel prospektinə içməli suyun verilməsində fasilələr olacaq. ?Yaranmış narahatlıqla əlaqədar ?Azərsu? ASC abonentlərdən üzr istəyir? qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA