Heydərov 8 rayonun icra bazçısını topladı

img

30-03-2012 [03:55]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabadda müşavirə keçirir. Müşavirədə Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonun icra başçıları iştirak edirlər. Kəmaləddin Heydərov bir saaat öncə Sabirabada xüsusi helikopterlə gəlib. Aldığımız xəbərə görə, müşavirənin əsas müzakirə mövzusu martın 29-da ölkə başçısının 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalaması və əlavə 50 milyon manatın ayrılmasıdır(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA