Borçalının problemlərinin həll edilməsi üçün təzkilatlar səylərini birləzdirir

img

30-03-2012 [01:57]


5;da səfərdə olan Gürcüstan Türkləri Konfederasiyasının (GTK) vitse-prezidenti Əsəd Əliyev Qafqaz Araşdırmaları Mərkəzinin Sədri Kamran Ramazanlı ilə görüşüb. Görüşdə Gürcüstandakı soydaşlarımızın milli təhsil, torpaq və toponomika ilə bağlı problemləri barədə geniş fikir mübadiləsi aparılıb. QAM Sədri Kamran Ramazanlı görüş zamanı Borçalının problemləri ilə bağlı görülmüş işlər haqqında məlumat verib. O qeyd edib ki, problemlərlə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılması üçün lazımi sənədlər toplanmışdır. GTK vitse-prezidenti Əsəd Əliyev Gürcüstan Türkləri Konfederasiyasının Qafqaz Araşdırmaları Mərkəzi ilə əməkdaşlıq edəcəyini vurğulamışdır. Sonda Kamran Ramazanlı QAM tərəfindən tərcümə edilmiş və kitab şəklində nəşr edilmiş "Gürcüstan qanunları" toplusunun çoxsaylı nüsxəsini Gürcüstandakı soydaşlarımıza paylamaq Əsəd Əliyevə təqdim etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA