Azad Rəhimov Böyük Britaniyada rəsmi səfərdədir

img

26-03-2012 [10:10]


Gənclər və idman naziri Azad Rəhimovun Böyük Britaniyaya rəsmi səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə əsas məqsəd Londonda 2012-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, müzakirələr aparmaqdır. Azad Rəhimov Böyük Britaniyanın idman və olimpiya naziri Huq Robertson, eyni zamanda Britaniya Olimpiya Assosiasiyasının baş katibi Colin Moynihanla görüşüb. ?Londona səfərimin əsas məqsadi yayda bu şəhərdə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, görülən işlərlə daha yaxından tanış olmaqdır. Olimpiya oyunlarına ev sahibliyi etmiş ölkələrin təcrübəsi ilə daha yaxdından tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi hər bir ölkənin həyatının ən böyük təcrübəsi hesab edilə bilər. 2020-ci ildə Olmipiya oyunlarına ciddi şəkildə ev sahibliyi etmək istiqamətində namizəd şəhər olduğumuz və bu mübarizədə çox ciddi rəqiblərimiz olduğunu nəzərə alsaq hər bir detalın diqqətlə öytənilməsi mühüm əhəmiyyət kəsb edir?, - deyə A.Rəhimov bildirib. Gələn həftə Bakı 2020 Təşkilat heyəti Bakı və Lozanna arasında yaradılacaq xüsusi video konfrans vasitəsi ilə Beynəlxalq Olmipiya Komitəsinin mütəxəssislərinə Oyunların planını təqdim edəcək. Daha sonra, aprel ayında Moskva şəhərində dünyanın bütün ölkələrindən təşrif buyurmuş 1000-dən artıq Milli Olmipiya Komitələrinin nümayəndələri üçün təqdimat ediləcək. Azad Rahimovun sözlərinə görə, bu iki təqdimat bizim uğurun açarı da hesab edilə bilər: ?Biz Beynəlxalq Olimpiya Komitəsinə yalnız Olmipiya oyunlarının Bakı və Azərbaycan üçün nə edə biləcəyimi nümayiş etməyəcəyik. Bizim sloqanımız ?Biz birlikdə bacararıq?dır ki, burada da əsas məqsəd Beynəlxalq Olmipiya Komitəsi ilə olimpiya hərəkatının inkişafında birgə əməkdaşlıqdır. Bakı 2020 şərq və qərb arasında körpü rolunu oynamaqla Olimpiya tarixinə yeniliklər təqdim edir. Şübhəsiz ki, Bakı BOK və tərəfdaşları üçün yeni və mənfəətli imkanlar açır. Ancaq biz başa düşürük bizim təkliflər paketimiz bu işlər üçün yararlı ola biləcək səviyyədə məxsusi deyil. Buna görə də biz olimpiya oyunlarına ev sahibliyi etmək üçün real ehtiyaca əsaslanan davamlı model təklif edirik. Qurulacaq məkanlar gələcək nəsillərə də xidmət edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA