Eldar Əzizov Ziya Məmmədovun adamını ?vurdu?

img

22-03-2012 [01:50]


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kadr islahatı aparıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, E.Əzizov Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin rəhbəri Ağarza Əhədovun tutduğu postdan uzaqlaşdırılması ilə bağlı qərar verib. Onun yerinə isə Oqtay Məmmədov təyin olunub. Məlumat üçün bildirək ki, Ağarza Əhədov Sumqayıtın nüfuzlu işadamlarından olan Ağamirzə Əhədovun qardaşıdır. Eldar Əzizov icra başçısı gəldiyi gündən həm Ağarza Əhədov, həm də işadamı Ağamirzə Əhədova qarşə cəbhə açmışdı. Odur ki, başçının Əhədovlara zərbə vuracağı gözlənilən idi. Onu da nəzərə çatdıraq ki, Əhədovlar nəqliyyat naziri Ziya Məmmədova yaxın olan şəxslərdəndirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA