Tanınmız zair Rüstəm Behrudi komitə sədri ilə məhkəmədə çəkizir

img

19-03-2012 [03:47]


Azərbaycan Yazıçılar Birliyinin üzvü, ?Salam dar ağacı? şeiri ilə daha çox Azərbaycan cəmiyyətində məşhurlaşan şair Rüstəm Behrudi Əmlak Məsələləri Dövlət Komitəsindən şikayətçidir. O, sözügedən komitənin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində üzləşdiyi süründürməçilik və qanunsuzluqla bağlı məhkəməyə müraciət etsə də, birinci məhkəmə instansiyası sayılan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi onun iddiasını əsassız sayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məhkəmədən daxil olan məlumata görə, bir müddət əvvəl tanınmış şair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə yaşayış sahəsi üzrə qeydiyyat vəsiqəsinin verilməsi üçün müraciət edib. Lakin onun təqdim etdiyi sənədlər komitənin müvafiq qurumu tərəfindən qəbul edilməyib və bu səbəbdən də Rüstəm Behrudi məhkəməyə üz tutub: ?İş hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə araşdırılır. Hakim şairin işi ilə bağlı martın 28-i, saat 12.00-a iclas saatı da müəyyənləşdirib?. Fakta tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Amma Bakı Apellyasiya Məhkəməsindən belə bir məhkəmə işinin olduğu təsdiqlənsə də, əlavə məlumat verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA